Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mədinədə iftar vaxtı partlayış: ölən və yaralananlar var – FOTO – VİDEO

Mədinənin Məscidi-Nəbəvi yaxınlığında yerləşən təhlükəsizlik qüvvələrinin məntəqəsinə bombalı hücum təşkil edilib

suudi_3115Mədinədəki Məscidi-Nəbəvi yaxınlığında axşam azanından dərhal sonra meydana gələn hücumda təcavüzkarla birlikdə 7 nəfərin dünyasını dəyişdiyi, 5 nəfərin isə yaralandığı açıqlanıb.

Rəsmi açıqlama yoxdur…

Partlayışdan sonra hadisə yerindən dumanın qalxdığı görünüb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və polis sövq edilib. Hadisə ilə bağlı hələ rəsmi orqanlardan bir açıqlama verilməyib.

suud_5340

Katifdə də intihar hücumu…

Digər tərəfdən daha əvvəlki saatlarda Səudiyyə Ərəbistanının şiə əhalisinin sıx olduğu Katif şəhərində Şeyx Fərəc Əl-Amran Məscidinə 2 intiharçı-terrorçunun təşkil etdiyi hücum zamanı ölən və yaralanların olduğu bildirilir.

7 nəfər öldü…

Mədinədə, Məscidi-Nəbəvi yaxınlığında təhlükəsizlik qüvvələrinə qarşı təşkil olunan bombalı hücumda ölənlərin sayının 7 nəfərə çatdığı açıqlanıb.

“Din.az” xəbər verir ki, “Anadolu” agentliyinin verdiyi məlumata görə, Mədinədəki Məscidi-Nəbəvi yaxınlığında təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən intihar-terror hücumunda təcavüzkarlarla birlikdə 7 nəfərin həyatını itirdiyi, 10 nəfərin yaralandığı qeyd edilib.

Hadisə şahidlərinin ifadələrinə görə, partlayış səbəbi ilə Məscidi-Nəbəvidə şiddətli sarsıntının meydana gəldiyi, hadisədən sonra ərazidən dumanların yüksəldiyi qeyd edilib.

suud_9501

suud_9372

suud_8717

suud_4861

suud_2927

saud_4716

sad_6481

medine_5621

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...