Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mədinədə İslam peyğəmbəri üçün muzey tikiləcək

Professor əl-İsa: “Səudiyyə Ərəbistanı İslam sivilizasiyasının başladığı ölkədir”.

Müsəlman Dünyası Birliyinin (MWL) baş katibi və Beynəlxalq Müsəlman Alimlər Təşkilatının sədri, professor Məhəmməd bin Əbdülkərim əl-İsa bəyan edib ki, İslam peyğəmbərinin həyatı və İslam sivilizasiyası ilə bağlı muzeyin inşası üçün torpaq sahəsinin ayrılması barədə razılaşma əldə olunub və sənədlərə imza atılıb.

Din.az Milli.Az-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət qəzeti olan “The Arab News” xəbər yayıb.

Əl-İsa deyib ki, muzey Mədinə valisi, şahzadə Faisal bin Salmanın himayəsi altında adıçəkilən şəhərdə tikiləcək. 20 min kvadratmetr ərazidə tikiləcək muzey ən müasir texnologiyalara uyğun şəkildə inşa ediləcək.

Professor əl-İsa deyib ki, Səudiyyə Ərəbistanı İslam sivilizasiyasının başladığı ölkədir. İndoneziya və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, 24 ölkədən tikiləcək muzeydə yer almaq üçün müraciətlər daxil olub.

Məhəmmədin peyğəmbərlik dövrü və İslam sivilizasiyasının tarixinə aid eksponatların muzeydə yer alacağı gözlənilir. Muzeydə həm də elmi-tədqiqat mərkəzləri, qalereyalar, beynəlxalq konfrans salonları və elmi seminarların keçirilməsi üçün zallar olacaq.

Xatırladaq ki, İslam peyğəmbəri Mədinədə vəfat edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...