Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mədinədə terror törədənlərin şəxsiyyəti müəyyən olundu

Hər iki terror hadisəsini Səudiyyə Ərəbistanlı terrorçular törədib

Səudiyyə Ərəbistanı, Mədinə və Katif hücumlarını gerçəkləşdirənlərin şəxsiyyətini açıqlayıb. Hücumu həyata keçirənlərin hamısının Səudiyyə Ərəbistanlı olduğu aşkarlanıb.

“Din.az” xəbər verir ki, ölkənin qərbində yerləşən Mədinə şəhərində Hz.Peyğəmbər Muhamməd (s.a.s) türbəsinin yaxınlığında meydana gələn hücumu 26 yaşlı Nair Müslim Hamad Nüceydi təşkil edib. Hücum zamanı 4 polisi öldürən Nüceydinin daha sonra narkotik maddə istifadə etdiyi ortaya çıxıb.

Səudiyyənin səlahiyyətli şəxsləri eyni gündə ölkənin şərqində baş verən Katif şəhərində bir məscidi hədəf alan hücumun 2-i qardaş olmaqla 3 nəfər tərəfindən həyata keçirildiyi bildirilib.

23 yaşlı Abdürrahman Salih Muhamməd Ömer, 20 yaşlı İbrahim Salih Muhamməd Ömer və 20 yaşlı Abdülkerim İbrahim Muhammed Haseninın Səudiyyə Ərəbistanlı olduqları açıqlanıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...