Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MEHDİLİK SAXTA ÇIXDI – QURANDA YOXDUR

“İslam bütün məsuliyyəti fərdi olaraq bir insana vermişdir”.

Türkiyənin diyanət işləri naziri Mehmet Görmez NTV-nin canlı yayımında sualları cavablandırıb.

Din.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, nazir 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı sualları cavablandıran zaman FETO-çuların “mehdi” anlayışı ilə bağlı fikirlərini söyləyib:

“İslamdan əvvəl də bütün dinlərdə qurtarıcı şəxslə bağlı gözləntilər olmuşdu. İslamda da bu var. 14 əsr keçib, İslam Peyğəmbərinin üzərindən yüzlərlə mehdi gəlib gedib, lakin hamısının da saxta olduğu ortaya çıxıb. İslam bütün məsuliyyəti fərdi olaraq bir insana vermişdir. İnsanın yaxşılığı da, pisliyi də özünədir. İslam Peyğəmbəri Muhamməd qızına “Atam Peyğəmbərdir deyə mənə güvənmə” deyir.

Yəni heç kim kimsənin üzərindəki günahını almaq gücünə sahib deyil. Mehdilik mövzusu Qurani-Kərimdə heç bir ayədə yer almayıb. Hətta ən təməl hədis kitablarımızda da bu anlayış yoxdur. Mehdi vardır və ya yoxdur kimi bir müzakirə başlatmaq istəmirəm. Amma hədis rəvayətləri içərisində mehdiliklə bağlı rəvayətlər yer almaqdadır. Onların bəziləri səhih, bəziləri uydurma olaraq qəbul edilir. Tarix boyu bir çox insan mehdiliyini elan edib, amma bunun saxta olduğu ortaya çıxmışdır. Bundan sonra da kimsənin bundan istifadə etməməsi üçün oyaq olmağımız lazımdır”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...