Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Muhəmməd adı Avropada sürətlə yayılır – Belçikada ilk pillədə

Bu şəhərdə 18 min 44 nəfər Məhəmməd adını daşıyır.

2017-ci ildə Belçikada yeni doğulan oğlan uşaqlarına ən çox Muhəmməd adı verilib.

Din.az xəbər verir ki, bu barədə Belçika Statistika İdarəsi hesabat yayımlayıb.

Məlumata görə, ötən il 718 körpəyə Muhəmməd, 570-nə isə Liam adı verilib.

Muhəmməd adına daha çox paytaxt Brüsseldə yaşayanlar müraciət ediblər. Hazırda bu şəhərdə 18 min 44 nəfər Muhəmməd adını daşıyır.

Qeyd edək ki, ötən ay Böyük Britaniya Milli Statistika Ofisinin açıqladığı hesabata görə, Muhəmməd adı İngiltərə və Uelsdə də ən çox qoyulan adların siyahısında “ilk 10”a girmişdi. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...