Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məhəmməd Asif Nur: “Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı İslam ölkələrinin dəstəyinə ümid edə bilər”

Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət – Pakistan

Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı İslam ölkələrinin dəstəyinə ümid edə bilər.

Din.az bildirir ki, bunu politoloq Məhəmməd Asif Nur deyib:

O xatırldadıb ki, Azərbaycan müstəqillik qazananda Pakistan Türkiyədən sonra bu ölkəni tanıyan ikinci dövlət, o cümlədən Xocalı soyqırımını kəskin pisləyən qətnaməni qəbul edən birinci ölkə olub:

“Biz Ermənistanı qətiyyətlə BMT Təhlükəsizlik Şurasının qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirməyə çağırırıq”.

Politoloq əlavə edib ki, Pakistan bundan sonra da Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın mövqeyini, Azərbaycanın milli maraqlarını, ərazi bütövlüyünün bərpasını və sərhədlərinin toxunulmazlığını dəstəkləməyə davam edəcək. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...