Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məhəmməd bin Salman Çinin uyğurlara dair siyasətini müdafiə etdi

Uyğurlara düşərgələrdə kommunist doktrinası aşılanır.

“Newsweek onlayn” məcmuəsinin verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanının kral vəliəhdi Məhəmməd bin Salman Çinə səfəri əsnasında rəsmi Pekinin uyğurlarla bağlı yürütdüyü siyasəti müdafiə edib.

“Çin hökumətinin ixtiyarı var ki, öz milli təhlükəsizliyi naminə anti-terrorizm və de-eksremizasiya siyasəti yürütsün,” deyə Səudiyyə lideri Çin hökumətinin uyğurları kütləvi tərbiyə düşərgələrinə yerləşdirdiyi haqda dolaşan məlumatlar fonunda bəyan edib.

MBS abreviyaturası ilə tanınan və jurnalist Camal Xaşuqcinin qətlində adı hallanan Səudiyyə lideri cümü günü Çin Xalq Respublikasına rəsmi səfərə gəlib.

Burada onu Çinin baş nazir müavini Han Jenq qarşılayıb. Daha sonra o, Çinin dövlət başçısı Şi Tsinpinlə görüşüb.

Din.az bildirir ki, Milli.Az “Amerikanın səsi”nə istinadən bildirir ki, Tsinpin bin Salmana deyib ki, “Çin Səudiyyə Ərəbistanının öz suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq səylərini dəstəkləyir və Səudiyyə Ərəbistanının daxili işlərinə istənilən xarici müdaxiləyə zidd çıxır.”

Pekində olduğu zaman MBS enerji hasilatı və kimya sənayesinə dair bir sıra razılıqlara imza atıb.

Onun Çin hökumətinin müsəlman əhalini yenidəntərbiyə düşərgələrinə yerləşdirməsinə haqq qazandırması da bu fonda baş verib.

Ölkədən daxil olan məlumatlara görə, bir milyona yaxın müsəlman uyğur ekstremizmə qarşı mübarizə adı altında konsentrasiya düşərgələrinə salınıb.

Türkdilli uyğurlar Çinin qərbindəki Sincan vilayətində və Orta Asiyanın bəzi guşələrində məskunlaşıblar.

Uyğurlara düşərgələrdə kommunist doktrinası aşılanır.

Müsəlman çoxluğa malik ölkələrin liderləri nadir hallarda Çin rəhbərliyini uyğurlara qarşı yürütdüyü siyasətə görə tənqid edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...