Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

“Məhəmməd Əli Mərkəzi”ndə Azərbaycanın bayrağını görəndə…

Share Button

“Məhəmməd Əli bizə dedi ki, boksçudan çox xeyriyyəçi kimi tanınmaq istəyirəm”

“Dünya boksunun kralı” hesab edilən, “XX əsrin ən güclü idmançısı” adına layiq görülən əfsanəvi Məhəmməd Əli iyun ayının 3-də 74 yaşında vəfat etdi. Uzun müddət parkinson xəstəliyindən əziyyət çəkən boksçu İslamı qəbul etməsindən sonra dünyanın diqqət mərkəzində oldu.
“Bütün zamanların ən yaxşı boksçusu” seçilən Məhəmməd Əli ilə ABŞ-da onun adını daşıyan mərkəzdə görüşən ilahiyyatçı Elşad Miri Moderator.az saytına açıqlamasında  maraqlı məqamlara toxunub. Din.az moderator saytına istinadən həmin məqamları oxuculara təqdim edir:
“Məhəmməd Əli ilə təqribən 8-9 il bundan əvvəl ABŞ-ın Kentukki ştatının paytaxtı olan Luisvil şəhərində görüşmüşdük. Ora ABŞ-ın ən kasıb ştatıdır. Oradakı Məhəmməd Əli Mərkəzinə  bizi dəvət etmişdilər. Getdik, amma Məhəmməd Əli ilə görüşəcəyimizə inanmırdıq. Bu da bizim üçün bir sürpriz oldu. Mərkəzə daxil olan zaman orada Azərbaycanın bayrağını gördük. Mən buna çox sevindim.
O, yeriməkdə çətinlik çəkirdi. Əlindəki dəmir əsadan  tuta-tuta gəzirdi. Həyat yoldaşı ilə bir yerdə idi. Vəziyyəti həqiqətən də heç qənətbəxş deyildi. Çünki onda parkinson kimi xəstəlik var idi. Onunla ünsiyyət zamanı həyat yoldaşı bizə çox yardımçı oldu. Onun fikirlərini bizə çatdırırdı. Söhbət əsnasında biz bir müsəlman olaraq boks zamanı üzə-başa vurmağını dedikdə, maraqlı bir cavab verdi. Dedi ki, mən bir boksçudan çox, insanlara olan xeyirxahlığımla, yardımsevərliyimlə yadda qalmaq, tanınmaq  istəyirəm.
Həmin mərkəzdə Məhəmməd Əlinin İslamı necə qəbul etdiyini göstərən fotolar var idi. Daha sonra onun boks yarışlarından ibarət foto və görüntülərə də rast gəlmək olardı. Amma xəstəliyi o dərəcədə ağır idi ki, onun söhbət edə-edə yuxuya getdiyinin də şahidi olurduq. Buna baxmayaraq bizimlə görüşə gəlmişdi. Məhəmməd Əliylə görüş mənim həyatımda ən maraqlı və sevindirici anlardan biri idi. O, müsəlman olaraq müsəlmanları sevindirdiyi kimi Allah da onu o biri dünyada sevindirsin”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir