Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İslamı seçən Macarıstanın milli boksçuları ilk ramazan aylarını yaşayırlar – FOTO

Ramazanda kasıbların vəziyyətini anlamaq üçün yayın istisində belə gün ərzində yeyib-içməyi tərk etmək mənə çox təsir etdi

Dünyaca məşhur boksçu Məhəmməd Əlidən təsirlənərək İslam dinini seçən Macarıstanın milli boksçuları Türk-Macar Mədəniyyət Dərnəyinin iftarında müsəlmanlarla görüşüb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, yenicə dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əlidən təsirlənib qısa müddətdə İslamı seçən Macarıstanın milli boksçuları ilk ramazan aylarını yaşayır.

Macarıstanın milli boksçuları paytaxt Budapeştdə fəaliyyət göstərən Türk-Macar Mədəniyyət Dərnəyinin iftarında iştirak edib. Macarıstanın milli boksçularından Milan Fodor yenicə dünyasını dəyişən dünyaca məşhur boksçu Məhəmməd Əlidən təsirlənərək İslam dinini seçdiyini söyləyib.

Fodor, “Müsəlman olmazdan əvvəl Məhəmməd Əlini çox bəyənir və ondan özümə nümunə götürürdüm. Müsəlman olmağımda Məhəmmd Əlinin böyük təsiri var. Onun vəfat etməsi xəbəri mənə dərindən təsir elədi. Türk-Macar Mədəniyyət Dərnəyində iştirak etdiyim proqramlar nəticəsində İslam dininin mediada göstərildiyi kimi olmadığını gördüm və İslamı seçdim” deyib.

islamiyet-i-secen-macar-milli-boksorlerin-ilk-8509080_x_o (1)

İslam günümüzdə yaşayan bir din…

Türk dilinə böyük maraq duyduğunu da bildirən Fodor, Budapeştdə fəaliyyət göstərən Yunus Emre İnstitutunda Türk dili kurslarına başladığını da söyləyib.

Digər macar boksçu Barsony Bernard islamı araşdırarkən Ramazan ayının onun marağını çox çəkdiyini bildirərək “İslamda insanların, kasıbların vəziyyətini daha yaxşı anlamaq üçün yayın istisində belə gün ərzində yeyib-içməyi tərk etmələri mənə çox təsir etdi. İslam günümüzdə yaşayan bir dindir. İnsanlar bu dini yaşayır” fikirlərini səsləndirib.

timthumb

Türk-Macar Mədəniyyət Dərnəyinin başçısı Ahmet Barışçı isə 14 ildir təşkil etdikləri proqramlarla macarlara türk mədəniyyətini tanıtdıqlarını bildirərək, “Ənənəvi iftar proqramlarımızı 14 ildir ki, gərçəkləşdiririk. Bu proqramlarımıza ümumiyyətlə müsəlman macar gənclər qatılır. Bu gün yenicə müsəlman olan macar qardaşlarımız da var. Bunlardan ikisi yenicə dünyasını dəyişən müsəlman boksçu Məhəmməd Əlidən təsirlənib İslamı seçiblər”, şəklində açıqlama verib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...