Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Məhəmməd Əlinin cənazə namazına xüsusi hazırlıq – VİDEO

Mərasim bütün xırda detallarınadək müsəlman adət-ənənəsinə uyğun olacaq

Amerikalı peşəkar boksçu Məhəmməd Əlinin dəfn mərasiminin keçiriləcəyi Kentukki ştatının Luizvil şəhərinə dünyanın dörd tərəfindən jurnalistlərin axını başlayıb.

“Əfsanə” üçün cənazə namazını Birləşmiş Ştatlardakı müsəlman toplumun liderlərindən olan İmam Zahid Şakir qılacaq. Onun yanında isə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və İordaniya Kralı Abdulla yer alacaq. Hər iki lider hətta çıxış etmək istədikləri şəxsən Əlinin ailəsinə bildiriblər.

Əfsanənin ailəsindən gələn açıqlamada bildirilir ki, 22 min tutumu olan basketbol mərkəzindəki vida mərasiminə Əlini bütün sevənləri dəvət etmişik. Əli ailəsinin mətbuat katibi açıqlamasında deyib ki, mərasim bütün xırda detallarınadək müsəlman adət-ənənəsinə uyğun olacaq: “Amma Məhəmməd bütün insanları sevirdi”.

Boks əfsanəsi ilə vida mərasimi internet üzərindən də canlı yayımlanacaq. Eyni zamanda ABŞ-ın sabiq prezidenti Bill Klinton və aktyor Billi Kristal da mərasimə qatılacaq.

Xatırladaq ki, Məhəmməd Əlinin ölümünə səbəb kəskin tənəffüs yolu infeksiyası olub. Boksçu eyni zamanda parkinson xəstəliyindən də əziyyət çəkirdi.

“Din.az” ANS TV-yə istinadən mövzu ilə bağlı videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...