Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Məhəmməd Əlinin mirasından yararlanın”

Ərdoğanın “Bloomberg”dəki məqaləsi…

Məhəmməd Əlinin cənazəsi üçün ABŞ-ın Luizvell şəhərinə gedən Ərdoğanın “Bloomberg”də məqaləsi qələmə alındı.

“Din.az” xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğanın “Dünyanın problemlərini həll etmək üçün Məhəmməd Əlinin mirasından yararlanın” başlıqlı məqaləsində bu ifadələr yer aldı:

“Dünyanın hər yerində insanlar Əlinin idmançı olmasından, həmçinin siyasi baxışından təsirlənmişdi. Kainatın hər zamankından daha böyük problemlərlə qarşılaşdığı dönəmdə Əlinin barış, azadlıq və həmrəylik mesajı Türkiyənin siyasətinə yol göstərir. Bu gün hər kəs Məhəmməd Əlinin idmandakı uğurlarından danışacaq, amma onun gündəmə gətirdiyi problemlər ciddiyyətini saxlamaqdadır. Onun xatirəsinə hörmət etməyin ən gözəl yolu, azadlıq, bərabərlik və həmrəylik nümayiş etdirməkdir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...