Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
aa32ad00-ee74-4ea3-b22c-d94bd8ae4172_1465015589

Məhəmməd Əlinin ölüm səbəbi

Share Button

Məhəmməd Əli otuz ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

İyunun 3-də 74 yaşında vəfat etmiş əfsanəvi boksçu Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məşhur boksçu  naməlum təbii səbəbdən baş vermiş septik şokdan dünyasını dəyişib.

Bir neçə gün öncə Arizonada xəstəxanaya yerləşdirilən boksçu iyunun 3-də ağciyər çatışmazlığından dünyasını dəyişib.

Məhəmməd Əli otuz ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, əsl adı Kassius Kley olan məşhur idmançı 22 yaşında İslamı qəbul edib və Məhəmməd Əli adını götürüb. Peşəkar karyerasına 1960-cı ildə başlamış boksçu iki dəfə – 1964 və 1974-cü illərdə WBA versiyası üzrə dünya çempionu olub. Karyerası ərzində keçirdiyi 61 görüşdən 56-da qələbə qazanıb və yalnız 5 görüşdə məğlub olub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top