Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məhəmməd Əmin vədinə əməl edib Britaniyanın hakim partiyasından ayrıldı…-FOTO

“B.Conson Osmanlı kökənli olsa da, İslam, türk dəyərlərindən çox uzaqdır”.

Görünür, B.Conson Osmanlı kökənli olsa da, İslam, türk dəyərlərindən çox uzaqdır…

Boris Consonun baş nazir təyin olunduğu məlum olduqdan sonra nüfuzlu bir müsəlman siyasətçi 36 il ərzində üzvü olduğu Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının sıralarını tərk etmək qərarına gəlib.

Din.az Moderator.az-a istinadən cəbər verir ki, bir müddət bundan əvvəl Britaniya siyasətinin veteranı olan Məhəmməd Əmin niqab geyən müsəlman qadınları poçt qutuları ilə müqayisə edən B.Consonun lider və baş nazir olacağı təqdirdə partiyadan ayrılacağını vəd edib.

Amin partiya rəhbərliyinə göndərdiyi məktubda hökumət başçısı vəzifəsinə təyin olunan şəxsin mənfi əxlaqi xüsusiyyətlərinə görə qurum sıralarından ayrıldığını bildirib.

“Mən 36 ildən artıqdır ki, Mühafizəkarlar Partiyasının üzvüyəm. Doğrudur, siyasətçilərimizin və baş nazirimizin müqəddəs olacağını gözləməyin mənası yoxdur. Amma biz, ən azı, təməl səviyyədə əxlaq və prinsiplərə sadiq qalmağı Mühafizəkarlar Partiyasının liderliyinə bütün namizədlər üçün tələb edirik. Boris Conson isə yeganə şəxsdir ki, bu tələblərə də uyğun deyil. Və mən liderini bu adamı seçən partiyanın üzvü olmağa hazır deyiləm. Mən 36 ildən sonra bu qurumdan ayrılıram”- müsəlman siyasətçi məktubunda belə yazıb.

P.S. Bir neçə il öncədən beynəlxalq mediada yayılan məlumatlara görə, Osmanlı dövlətinin öndə gedən isimlərindən biri, daxili işlər naziri vəzifəsini tutmuş Əli Kamal bu İslam-türk dövlətinin xaincəsinə çökdürülməsinə çalışmış güclərdən ən əsası olmuş Böyük Britaniyanın yeni Baş naziri B.Consonun ata tərəfdən ulu babası olub. Lakin bu informasiya gerçək olmuş olsa belə, görünür, Boris Osmanlının mənəvi dəyərlərinə yox, Britaniyanın qeyri-əxlaqi pirat xislətlərinə yiyələnib…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...