Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məhəmməd İbn Salman iyunda kral olacaq

Məhəmməd İbn Salman Kral Salmanın yerinə keçə bilər.

Səudiyyə Ərəbistanının Culian Assancı (“WikiLeaks”in qurucusu) kimi tanınan Müctəhid adlı şəxs vəliəhd Məhəmməd İbn Salmanın 3 ay sonra kral olacağını deyib.

Din.az xəbər verir ki, “Twitter” hesabında bu barədə yazan Müctəhid bildirib ki, ABŞ prezidenti Donald Tramp və onun kürəkəni Cared Kuşnerə yaxınlığı ilə bilinən Məhəmməd İbn Salman 4 iyun tarixində Kral Salmanın yerinə keçə bilər.

Qeyd edək ki, BBC 2015-ci ildə Müctəhidlə əlaqə saxlaya bilmişdi. O, jurnalistlərə bildirib ki, kral ailəsində mənbələri var və vəzifəsi ədalətsizlik, korrupsiya və rüşvətxorluq faktlarını aşkara çıxarmaqdır. Səudiyyə Assancı Kral ailəsinin ona toxunmama səbəbi kimi isə böyük skandala səbəb olacaq informasiyaya sahib olmasını göstərib. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...