Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məhərrəmlik və Aşura matəm deyil – Şair

Sayman Aruz: “Aşura mərasimləri şou xarakteri daşıyır”.

Aşura şəhadət, azadəlik məktəbidirsə, İmam Hüseyn azadlıq, Allah yolunda şəhid olubsa, burada narahat olmağa heç bir əsas yoxdur. Əksinə, sadaladığım şəhadət, azadlıq kimi insani dəyərləri bayram kimi qeyd etmək lazımdır.

Din.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz deyib. O, Aşura mərasimlərinin şou xarakteri daşıdığını bildirib:

“Cənubi Azərbaycanda böyüdüyümə görə Aşura, Tasua, Məhərrəmlik və bunun ətrafında olan bütün adətləri yaxından görmüşəm. Zəncir vurmaq, baş yarmaq, şəbih çıxarmaq adı altında nə oyunlar çıxardırlar, bir Allah bilir. Əslində, mən Aşuranı matəm hesab etmədiyimə görə, bu formada qeyd edilməsinə qarşıyam. Mənə elə gəlir ki, zəncir vurmaq, baş yarmaq və bu kimi şou xarakterili ayinlər ancaq və ancaq İmam Hüseynin və onun müqəddəs yolunun dəyərini, səviyyəsini aşağı salır. Təklif edirəm ki, Aşura, Tasua ayinlərini bu şəkildə qeyd etməkdənsə, həmin günlər insanlar dəyirmi masalar qursunlar, şəhadətdən, azadlıqdan söz açsınlar. Hər bir xalqın dini simvolları olur. Amma bizim dini simvollarımızı elə bir səviyyəyə gətiriblər ki, o, müqavimət və böyüklük simvolu olmaqdansa, tamamilə küçə şoularına, hansısa bir teokratiyanın əlində vasitəyə çevrilib. Halbuki Aşura hadisəsi, İmam Hüseynin özünün və ailəsinin başına gələn faciə qətiyyən təqdim olunan formada deyil”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...