Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məhkəmə məscidin 180 min manatlıq qaz borcunu sildi

Məscidin dini icması borcun əsassız olaraq hesablandığını bildirib.

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən “İmam Həsən” məscidinə ötən il qazdan istifadəyə görə “Azəriqaz” tərəfindən dini icmaya külli miqdarda borc qəbzi verilib.

Din.az xəbər verir ki, qəbzdə məscidin 180 min manatlıq qaz borcunun yarandığı qeyd olunub.

Bununla bağlı məscidin dini icması 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək borcun əsassız olaraq hesablandığını bildirib və silinməsini istəyib.

Məhkəmə məscidin tələbini müsbət cavablandırıb və qaz borcunun silinməsinə qərar verib. /  Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...