Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məhkəmədən yalançı peyğəmbərə AĞIR ZƏRBƏ

Yayımlanan verlişlər İslam dininin təməl prinsiplərinə zidd və təhlükəli hesab edilib.

Din.az bildirir ki, Dini İşlər İdarəsinin tələbi ilə Ankara Sülh Məhkəməsində, öznü “Mehdi” və “Rəsul” elan edən, Qurana “ şəxsi rəyi əsasında təfsirlər” verən İskəndər Evrenesoğlunun 5 saytına giriş qadağası qərarı verilib və işin icrası üçün Ankara Baş Prokrorluğuna tələb göndərilib.

Ankara Baş Prokrorluğundan, saytların və İskəndər Evrenesoğlunun Quran təfsirlərinin incələnməsini istənilib.

Ankara Sülh Məhkəməsi bu saytların bağlanmasında yayımlanan verlişlərin İslam dininin təməl prinsiplərinə zidd və təhlükəli olmasını əsas gətirib.

Xatırladaq ki, İskəndər Evrenesoğlu özünün peyğəmbər olduğunu, ona vəhy gəldiyini iddia edir, hətta “Risaleyi Nur” kitabının ona Allah tərəfindən vəhy olunduğunu deyir. / İslaminSesi.info

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...