Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mehmet Görməz Məkkədə çıxış etdi

“2016-cı il həccini 15 iyul şəhidlərinə həsr edirik…”

Məkkədə çıxış edən Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz, FETO təşkilatı daxilində əməliyyatların keçiriləcəyinə işarə edib.

“Din.az” xəbər verir ki, Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz, çıxışı zamanı “2016-cı il həccini 15 iyul şəhidlərinə həsr edirik” deyib.

Mehmet Görməz Dini İşlər İdarəsində FETO təşkilatına qarşı əməliyyatların keçiriləcəyilə bağlı fikirlər bildirib: “15 iyuldan sonra 81 bölgədə komissiyalar yaratdıq. Bu təşkilata bağlı olan hər hansı insana mehrabı tapşıra bilmərik. Lakin səhv məlumatla da hər hansı vətəndaşımıza zərər gəlməsinə razı ola bilmərik. Bu məsələdə olduqca diqqətli hərəkət edirik. Ən kiçik səhv aşkar etdiyimiz zaman həmin şəxslə bu yolu davam etmirik”.

Qarşıdakı günlərdə Türkiyədə keçiriləcək İslam Şurasının tədbirindən bəhs edən Prof. Dr. Görməz dana sonra bunları deyib:

“15 iyul hadisələrinin baş verməsinə səbəb olan, din pərdəsi altında millətin sədəqə və yardımı ilə millətin uşaqlarını oğurlayıb onlarla cəmiyyətə vurulan ziyanların başqa ölkələrdə də yol verilməməsi üçün onlarla fikir mübadiləsi aparacaq, yalnız Türkiyəni müzakirə etməyəcək, İslam alimlərinin üzərinə düşən vəzifələri bir-birimizə xatırladacağıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...