Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mehmet Görmez məscidlərə gələnlərə xəbərdarlıq etdi!

“Məscidlərdə uşaqları çubuqla deyil, şokoladla qarşılayan imamlarımız çoxdur”

Diyanət İşləri Vəqfinin rəhbəri Mehmet Görmez ramazan ayında təravih namazı üçün məscidlərə gələcək yetişkin insanlara uşaqlarla bağlı mövzuda xəbərdarlıq etdi.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Diyanət İşləri Vəqfinin rəhbəri Mehmet Görmez naharda jurnalistlərlə bir araya gəlib. Quran kurslarına gələn uşaqların “uzun çubuq” hadisəsini yad edərək Görməz, “O dövr bitdi. Hal-hazırda məscidlərin qapısında Quran kurslarına gələn uşaqlarımızı şokoladla qarşılayan imamlarımızın sayı hesaba alınmayacaq qədər çoxdur” deyib.

İmamların hamısının pedaqoji təhsil gördüyünü deyən Görməz, “Artıq bir tədris planı, proqram, dərs kitabı var. Əlinə elə bir şeyi (çubuq) almaq əsla mümkün deyil. Çox şeylər dəyişdi “, – deyə qeyd edib.

Görməz, təravih namazı üçün məscidə gələn uşaqlara müdaxilə edilməməsi mövzusunda da camaatı xəbərdar etdi:

Yetkinlərə səslənən Görmez, “Uşaqların yaddaşında pis iz buraxacaq şəkildə müdaxilə edəcəksinizsə teravihinizi evinizdə qılın deyirəm. Məscidə gələn uşaqlar istəsələr həm oynasınlar, həm də qaçsınlar. Onların yaddaşında pis iz buraxan müdaxilə qəbul edilə bilməz. Biz, səcdəyə əyildiyində uşaq kürəyinə mindiyi üçün səcdəsini uzadan Peyğəmbərin ümmətiyik. Bunu öyrətməyimiz lazımdır”deyib.

MÜZAKİRƏ

1 şərh Mehmet Görmez məscidlərə gələnlərə xəbərdarlıq etdi! üçün

  1. ramazan dedi:

    duz olanda budur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir