Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mehmet Görmezdən birlik mesajı: “Tək Türkiyə olmalıyıq!”

Yenidən hərəkətə keçmək istəyənlərə qarşı bütün din xadimlərimizin diqqətli olması lazımdır

Türkiyədə keçirilən fövqəladə toplantıda çıxış edən diyanət işləri naziri Mehmet Görmez, “ölkəmizi fitnə və fəsada sürümək istəyənlərə qarşı tək ürək olamağa dəvət etməliyik” deyib.

Mehmet Görmezin açıqlamasından sətir başlıqları;

“Din.az” xəbər verir ki, Diyanət İşləri Nazirliyi hadisələrin başladığı andan etibarən millətlə eyni sırada yer alıb. Xəyanət şəbəkələrinə qarşı dimdik duran din xadimlərimizi hörmətlə ürəkdən təbrik edirəm. Milləti bir-birinə düşmən etmək üçün yenidən hərəkətə keçmək istəyənlərə qarşı bütün din xadimlərimizin diqqətli olması lazımdır.

Separatçı, ayırıcı yanaşmalara əsla icazə verilməyəcəyi, başda bu quruluş olaraq dini qruplaşmalarla əlaqəsi olanların nazirlikdə yeri olmadığı məlumdur. İslam dünyasının ölkələrində milləti bir-birinə düşmən etmək, xaos yaratmaq, siyasi qarşıdurmalara meyillər əsla gözdən qaçırılmamalıdır.

“Tək ürək olmalıyıq…”

Şərəfli millətimizin hüququna təcavüz etmiş bir quruluşa qarşı bu müqavimət tarixə yazılmalıdır. Ölkəmizi fitnə və fəsada sürümək istəyənlərə qarşı tək ürək olmağa dəvət etməliyik. İctimai varlığımızı bütün mənfəətlərdən üstün tutan nazirliyimiz xidmətlərinə davam edəcəkdir. Hər birinizə təşəkkür edirəm.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...