Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mehmetlər Racoya Türkiyə bayrağını belə sancdı – VİDEO

Türkiyə ordusunun tarixi zəfəri …

Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən terrorçulardan təmizlənən Racoya Türkiyə bayrağı sancılıb.

Din.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Afrində davam edən “Zeytun budağı”əməliyyatının ikinci mərhələsinin növbəti uğuru Raconun alınması olub. Afrinin qərbindəki Şeyh Hadidə bağlı Soğulcak və Aranda kəndləri, Şeranda Bafliun kəndi və dağı ilə Raco şəhərinə bağlı olan Halilo kəndini YPG/PKK-dan azad edilib.

Raconun terrorçulardan təmizlənməsindən sonra Türk Ordusunun əsgərləri Türkiyə bayrağını öpərək yüksəkliyə sancıblar. Üstəlik türk mehmetçiklər Afrində də bu cür türk bayrağını ucaldacaqlarına söz veriblər.

Türkiyə mediasında yayımlanan vodeogörüntünü sizə təqdim edirik:

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...