Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mehriban Əliyeva aztəminatlı ailələr üçün qurban kəsdirdi – FOTOLAR

Şəhər sakinlərinə bayram münasibətilə qurban payları çatdırılıb.

Din.az bildirir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.
Heydər Əliyev Fondundan verilən məlumata görə, layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Bu məqsədlə ətlik cins heyvanlar regionlardan gətirilərək xüsusi ət kəsimi müəssisələrində kəsilərək qablaşdırılıb. Qurban payları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan 51.157 ailənin hər birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə paylanılır, sakinlər bayram münasibətilə təbrik edilir.
Bayram sovqatlarının paylanılması avqustun 23-dək davam edəcək. / A24.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...