Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mehriban Əliyeva bu müsəlman ölkəsində məktəbli qızlara hədiyyələr göndərdi – FOTO

Zəlzələdən sonra dağılan məktəb binası Heydər Əliyev Fondu tərəfindən yenidən tikilib.

Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib.

Din.az bildirir ki, bununla bağlı Fonddan məlumat verilib.

Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin nümayəndələri məktəbdə olaraq müxtəlif dərs ləvazimatları, o cümlədən, məktəb üçün kompüter, printer, idman ləvazimatları və Fondun müxtəlif nəşrlərini təqdim ediblər.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə mərasimdə çıxış edərək 2005-ci ildə Pakistanda baş vermiş zəlzələdən sonra dağılan məktəb binasının Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən inşa edildiyini və 2007-ci ildə istifadəyə verildiyini bildirib.

Heydər Əliyev Fondunun Pakistanla əlaqələri daim diqqətdə saxladığı, Fondun prezidenti Mehriban Əliyevanın Pakistanla əməkdaşlığa və əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb. Bu baxımdan ötən müddət ərzində Müzəffərabad şəhərindəki məktəb daim diqqətdə saxlanılıb, mütəmadi olaraq Fond və səfirlik nümayəndələri məktəbdə olublar. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...