Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mehriban Əliyeva qaziyə ev bağışladı

Qazi ona bağışlanan ev üçün Mehriban Əliyevaya təşəkkür etdi.

Qarabağ qazisi Mahir Rzayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın göstərişi ilə 4 otaqlı evlə təmin olunub.

Din.az bildirir ki, Mahir Rzayevin Axar.az-a verdiyi məlumata görə, Abşeron rayonu Məhəmmədi kəndində yerləşən həyət evinin təmir xərcləri Heydər Əliyev Fondu tərəfindən qarşılanıb. Əvvəllər evlə bağlı problem yaşadığını söyləyən Mahir Rzayev ona bağışlanan ev üçün Mehriban Əliyevaya təşəkkür edib.

Qeyd edək ki, 1992-1996-cı illərdə Ağdərə və Tərtər istiqamətlərində döyüşən qazinin 6 övladı var.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...