Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mehriban və Leyla Əliyevalar məscidin açılışında – FOTO – VİDEO

Mehriban Əliyevaya Qurani-Kərim hədiyyə olunub

Zirə Cümə məscidi kompleksi istifadəyə verilib. Məscid kompleksi Aydın Qurbanov adına Fond tərəfindən, xeyriyyəçi Aydın Qurbanovun oğlu Səməd Qurbanovun təşəbbüsü ilə əsaslı təmir olunub.

“Din.az” AzərTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məsciddə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Ümumi sahəsi 3400 kvadrat metr olan məscid kompleksinin hündürlüyü 30 metr olan 2 möhtəşəm minarə bəzəyir. Burada eyni vaxtda 400 insan ibadət edə bilər. Bundan əlavə, ərazidə 250 nəfərlik mərasim zalı yaradılıb.

Sonda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Qurani-Kərim hədiyyə olunub.

“Din.az” Mehriban və Leyla Əliyevaların Zirə Cümə məscidinə ziyarətini videoda təqdim edir:

14665989661137029401-1000x669

14665989663720843878-1000x669

14665989665639117749-1000x669

14665989666100018218_1000x669

1466598966610733773-1000x669

1466598966787628634-1000x669

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...