Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məhv edilən terrorçuların və ələ keçirilən məntəqələrin sayı açıqlandı: “Zeytin budağı” 26-cı günündə… – VİDEO

“Zeytun budağı” əməliyyatı bu gün 26-cı günü …

Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı bu gün 26-cı günündədir (14 fevral 2018).

Din.az Türkiyə istinadən xəbər verir ki, bu günə qədər Türk Silahlı Qüvvələrinin zərərsizləşdirdiyi terrorçuların sayı 1485-ə çatdırılıb. Bundan əvvəl TSQ-nin sonuncu açıqlamasında məhv edilən terrorçuların sayı 1439 nəfər göstərilmişdi.

Türkiyənin Baş Qərargah Nazirliyindən verilən açıqlamaya görə, ötən gün PKK/KCK/PYD-YPG və İŞİD-ə məxsus terrorçuların 46 üzvünü məhv edib.

Dünən, yəni əməliyyatın 25-ci günündə həyata keçirilən əməliyyat zamanı Afrində bu günə qədər terrorçulardan təmizlənən məntəqələrin sayı 53-ə yüksəlib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Türkiyə mediasında əməliyyatın 26-cı gününü şərh edən müxbirin görüntülərini təqdim edirik:

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...