Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məkkə ilə Mədinə arasında sürət qatarı işə düşdü

Səhradan keçən dünyada ilk yüksəksürətli dəmiryolu xətti istifadəyə verilib.

Məkkədən Mədinəyə elektrikləşdirilmiş yüksəksürətli dəmiryolu xətti istifadəyə verilib.

Din.az xəbər verir ki, dəmiryolu xəttinin açılış mərasimində şahzadə Salman bin Əbdüləziz əs-Səud və vəliəhd Məhəmməd ibn Salman iştirak ediblər.

Bu, səhradan keçməklə hərəkət edən dünyada ilk yüksəksürətli dəmiryolu xəttidir. Ərəbistan səhrası, Ciddə, Rabiq, kral Abdullanın İqtisadi şəhərindən keçən dəmir yolu xəttinin uzunluğu 450 km-dir.

Məkkə və Mədinə şəhərləri arasında İspaniyanın “Patentes Talgo S.L” şirkətinin istehsalı olan sürət qatarlarından istifadə ediləcək. Bu model az enerji sərf etməklə saatda 365 km sürətlə hərəkət etmək qabiliyyətinə malikdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...