"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Məkkə şəhərində İŞİD-çilərə qarşı əməliyyat keçirilib: Ölənlər var

Share Button

Əməliyyat nəticəsində 2 terrorçu öldürülüb.

İŞİD terror qruplaşması bu dəfə müsəlmanların mübarək məkanı Səudiyyə Ərəbistanının Məkkə şəhərinə hücum edib.

Din.az anspress-in məlumatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin sözcüsü general-mayor Mənsur əl-Turki bildirib ki, terrorçularla işbirliyində şübhəli bilinən şəxslərə qarşı Məkkə ərazisində əməliyyat başlanılıb.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri terrorçuların toplaşdığı evlərdən birini mühasirəyə alıb. Daha sonra təhlükəsizlik qüvvələrinə atəş açılıb, nəticədə terrorçuları zərərsizləşdirmək üçün xüsusi təyinatlı polis qüvvələri evə daxil olub.

Turki bildirib ki, əməliyyat nəticəsində 2 terrorçu öldürülüb, digər iki nəfər isə üzərilərindəki bombanı partladaraq intihar edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir