Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məkkə və Mədinəni sürət qatarı birləşdirəcək

Məkkədən Mədinəyə iki yollu elektrikləşdirilmiş sürətli dəmiryolunun tikintisi başa çatıb.

Məkkədən Mədinəyə iki yollu elektrikləşdirilmiş yüksək sürətli dəmiryolunun tikintisi başa çatıb. Bu yolda qatarların maksimum sürəti 360 km/saat olacaq.

Din.az xəbər verir ki, bununla bağlı “Jenmin jibao” layihənin tikintisini həyata keçirən Çinin CRCC şrikətinə istinadla məlumat yayıb.

Bu, Çin şirkəti tərəfindən hazırlanmış və səhradan keçən ilk dəmiryolu xəttidir. Xəttin uzunluğu 450,25 kilometdir və qatar bu yolla hərəkət edərkən, Ərəbistan səhrasını, Ciddəni və Rabiq şəhərini keçir.

Bu layihənin işə düşməsindən sonra Məkkədən Mədinəyə iki saata getmək mümkün olacaq. Əvvəllər isə bu şəhərlər arasındakı məsafəni qət etmək üçün insanlar dörd saat vaxt sərf edirdilər. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...