Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məkkədə cinayətkarı edam etdilər, sonra çarmıxa çəkdilər – FOTO

Myanmalı şəxs çarmıxa çəkilərək xalqa nümayiş etdirilib.

Səudiyyə Ərəbistanının Məkkə şəhərində cinayətdə ittiham olunan kişi edam edildikdən sonra çarmıxa çəkilib.

Din.az Oxu.Az-a istinadən xəbər verir ki, myanmalı Elias Abulkalam Camaledden edam edildikdən sonra çarmıxa çəkilərək xalqa nümayiş etdirilib.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi Camaleddenin bir qadının evində silahla girdiyini, evdə atəş açdığını, daha sonra qadını bıçaqlayaraq öldürdüyünü bəyan edib. Məhkum silah oğurluğu, qadından başqa bir nəfəri də qətlə yetirməkdə ittiham olunub.

Onun başı kəsilərək edam edilib.

“Bloomberg”in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında sonuncu çarmıxa çəkərək edam etmə faktı 2010-cu ildə qeydə alınıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...