Məkkədə minlərlə türk zəvvar xəstəxanalıq oldu

Zəvvarların halı ibadətdən sonra pisləşib…
72 min türk hacı kondisionerin qurbanı olub.
“Din.az”ın məlumatına görə, “atv.az” Türkiyə mediasına istinadən bildirir ki, isti hava şəraitinin hökm sürdüyü müqəddəs torpaqlarda ibadətlərini bitirən zəvvarların otelə qayıtdıqdan sonra vəziyyəti pisləşib. Onların səhhətində problem yaranmasına səbəb isə kondinsionerin soyuq havası olub.
Soyuq dəymə, halsızlıq və yüksək temperatur diaqnozu ilə 72 min hacı xəstəxanaya müraciət edib.
Xəstələr həkimlərin nəzarəti altına alınıb.