Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məkkədə qəza: 4 zəvvar diri-diri yandı

Məkkədə ümrə ziyarətində bədbəxt hadisə baş verib.

Səudiyyə Ərəbistanının Məkkə şəhərində avtobusun benzin daşıyan yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər həlak olub.

Həlak olanların 4 nəfəri Britaniya vətəndaşları olan müsəlmanlardır.

Din.az bildirir ki, onlar Məkkəyə ümrə ziyarətinə yollanmışdılar.

Ağır nəqliyyat qəzası Məkkədən 50 km aralıdakı Əl Həlas kəndində baş verib.

Alışıb yanmış avtobusdakkı sərnişinlərdən 2 kişi və 2 qadın ilə benzindaşıyan avtomobilin sürücüsü həlak olublar.

Məkkədən Mədinəyə gedən avtobusda 18 nəfər vardı. Yaralılardan biri uşaqdır.

Avtobus İngiltərənin Bləkbörn şəhərindəki “BlackBurn Hashim Travel” şirkəti tərəfindən icarəyə götürülmüşdü.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...