Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məkkədən Mədinəyə gedən avtobus yandı – 36 zəvvar öldü

Zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşdu.

Səudiyyə Ərəbistanında baş verən ağır yol qəzasında azı 36 zəvvar ölüb.

Din.az xəbər verir ki, qəza Məkkə ilə Mədinəni birləşdirən yolda olub.

Asiya və Yaxın Şərq ölkələrindən gələn zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub. Nəticədə avtobus tamamilə yanıb.

Qəzada azı 36 zəvvar həlak olub. Hadisə zamanı avtobusda 39-40 nəfər olub. Onların 4-ü xəstəxanaya yerləşdirilib. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...