Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Meksikada körpə xaç suyuna salınarkən kilsə çökdü – 11 ölü

Xaç suyuna salınma mərasimində bədbəxt hadisə…

Meksikanın Puebla ştatında yeraltı təkanlar nəticəsində kilsələrdən biri çöküb.

Din.az A24.Az-a istinadən bildirir ki, hadisə zamanı 11 nəfər, o cümlədən 4 uşaq həlak olub.

Qeyd olunur ki, həmin an kilsədə yeni doğulan körpənin xaç suyuna salınma mərasimi keçirilirmiş.

İnsident nəticəsində daha 3 nəfərin xəsarət aldığı bildirilir.

Son məlumata görə, dağıntılar altında 2 nəfər qalmaqdadır. Hazırda hadisə yerinə xilasedicilər və təcili tibbi yardım cəlb olunub.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...