Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Məktəb əvəzinə qəbiristanlığı seçən şagirdlər – VİDEO

Qəbiristanlıqdan pul qazanan uşaqlar …

Binəqədi rayonu Gülüstan qəsəbəsində yerləşən qəbiristanlığa gün ərzində 20-dən çox uşaq pul qazanmaq üçün üz tutur. Onlar qəbir daşlarını təmizləyir, ağardır, qəbirlərin üzərindəki otları təmizləyirlər.

Qəbiristanlıqda çalışan digər işçilər məktəb şagirdlərinin dərs saatlarında və dərsdən sonra burada işlədiklərini təsdiqləyirlər. Onlar uşaqların məktəb çantalarını məzarlıqda saxlayaraq, burada çalışdıqlarını, dərsə getmədiklərini bildirirlər.

İşçilər əlavə edirlər ki, cümə axşamı, şənbə və bazar günləri burada çalışan uşaqların sayı 30-dan çox olur. Qazandıqları pulu kimisi ailəsinə, kimisi isə siqaretə verir.

Qeyd edək ki, çalışan uşaqların əksəriyyəti Binəqədi rayonu Gülüstan qəsəbəsi 182 nömrəli məktəbin şagirdləridir.

Aidiyyəti qurumların məsələni araşdıraraq, operativ tədbirlər görəcəklərinə ümid edirik.

Din.az Milli.Az-a istinadən mövzu ilə bağlı hazırlanan reportajı sizə təqdim edir:

https://daytube.az/az/videos/76313/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...