Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məktəbdə halal məhsulların satılmasına QADAĞA QOYULDU

Spirtli içki və donuz tərkibli məhsullar satılmayan market məhkəmə qərarı ilə bağladıldı.

Fransada keçən ay spirtli içki və donuz tərkibli məhsullar satılmayan market məhkəmə qərarı ilə bağladılıb.

Din.az xəbər verir ki, Fransanın cənubunda yerləşən və nəzdindəki 600 şagirddən 150-si müsəlman olan məktəbdə tərkibində donuz əti olmayan halal yeməklərin satılmasına qadağa qoyulub.

Aviqnon bölgəsinin cənubunda qalan Byukeir qəsəbəsinin bələdiyyə sədri Julien Sanchez məktəbdə halal məhsulların satılmasının qadağan olunduğunu açıqlayıb. Məktəb rəhbərliyi bu qadağanı belə əsaslandırıb: “Müsəlman və yəhudi tələbələr üçün donuz əti olmayan yeməklərin aparılması tələbələri müsəlman, yəhudi, xristian deyə ayırır. Bu da tələbələrə qarşı ayrı-seçkilik deməkdir”.

Qəsəbənin müxalifət siyasətçilərindən Laura Cordelet bu qadağanın uşaq hüquqlarına təzyiq olduğunu açıqlayıb. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...