Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
75216028

Məktəblərdə dini təbliğat yolverilməzdir – VİDEO

Share Button

“Azərbaycanda dini etiqad azadlığı var və hər hansı dinin təbliğ edilməsi üçün onun rəsmi qeydiyyata […]

“Azərbaycanda dini etiqad azadlığı var və hər hansı dinin təbliğ edilməsi üçün onun rəsmi qeydiyyata alınması lazımdır. Zərdüştlük isə Azərbaycanda icma olaraq qeydiyyatdan keçməyib”.

Bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariq Qurbanlı deyib.

Mübariz Qurbanlı zərdüştlüyün Azərbaycanda məbədi olduğunu və dövlət tərəfindən qorunduğunu xatırladıb. Lakin komitə sədri hər hansı dini təbliğ etmək üçün lazımi prosedurlardan keçməyin vacibliyini vurğulayıb.

“Əgər kimsə istəyirsə ki, zıərdüştlüyü Azərbaycanda təbliğ eləsin, bununla bağlı icma yaratmalıdır, qeydiyyatdan keçməlidir və hansı istiqamətlərdə təbliğat aparacağını bəyan eləməlidir. Yayadığı kitabları bizə göndərməlidir və yayacağı kitablarla bağlı rəy almalıdır. Bunları etməyibsə, bu qeyri-qanunidir” deyə Mübariz Qurbanlı bildirib.

“Din.az” mövzu ilə bağlı “xəzərxəbər”in hazırladığı videosujeti təqdim edir:

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top