Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Melaniyanın FETÖ məktəbinə getməsi etirazla qarşılandı

Birinci xanımın məktəbə ziyarəti sosial şəbəkədə etirazla qarşılanıb.

ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp Oklahoma ştatında “DOVE Discovery” məktəbini ziyarət edib.

Din.az xəbər verir ki, birinci xanımın bu ziyarəti sosial şəbəkədə etirazla qarşılanıb. Buna səbəb isə adıçəkilən məktəbin FETÖ ilə əlaqəsinin olmasıdır.

Belə ki, “Anadolu Agentliyi”nin 2016-cı ildə yayımladığı siyahıya əsasən, “DOVE Discovery” FETÖ-nün ABŞ-dakı məktəblərindən biridir.

Türkiyə XİN daha əvvəl həmin məktəbin bağlanması üçün rəsmi müraciət etmişdi. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...