Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mələklərə inanmağın mahiyyəti nədir?

Quranı Peyğəmbərə vəhy mələyi Cəbrail gətirmişdir.

Mələklərə inanmağın mahiyyətini bu 3 məqamda tapırıq:

  1. Həyatın beş hissiyyat orqanımızla məhdud olan müşahidə və təcrübə yolu ilə bildiklərimizdən ibarət olmadığı həqiqətini qəbul etmək.
  2. Həyatın insanın idrakından kənar bir tərəfinin olduğunu qəbul etmək.
  3. Əşyaların gördüyümü ölçülərindən başqa bir də görmədiyimiz tərəfləri olduğu həqiqətini qəbul etmək.

İslamda mələk təsəvvürü necədir?

Mələklər deyəndə ağlımıza ilk gələn Quranda adı dəfələrlər təkrarlanan vəhy mələyi Cəbraildir. Cəbrailin vəzifəsi Allahdan aldığı vəhyləri olduğu kimi peyğəmbərlərə çatdırmaqdır. Vəhy mələyi vəhyin metafizika mənbəyi olan «qorunmuş kart» (ləvhi məhfuz) ilə vəhyin hədəfi olan peyğəmbər arasında elçilikdir.

Quranı Peyğəmbərə vəhy mələyi Cəbrail gətirib. Ona iki dəfə əsl surətində görünmüşdür («Nəcm» surəsi, 53/5-18).

Mələklər Allaha qeyd-şərtsiz itaət edən varlıqlardır. Qurandakı mələk ifadəsinə, istədiyində Allahın əşyanı oradan müdaxilə etdiyi «fiziki məxluqların metafizika kodları» da daxil olur. Bunları, yaradılan şeylərin «beyni, yaddaşı, kartı» kimi başa düşə bilərik.

Kainatda görünən və görünməyən, iradəli və iradəsiz bütün məxluqların tabe olduğu «ilahi riyaziyyat» bu beyin/yaddaş/kart üstündən işləyir. Mələklərin Quranda dəyişməyəcəyi və pozulmayacağı dəfələrlə vurğulanan ilahi qanunların adı olan «sünnətullah»ın icraatında rol alan, mahiyyətinin tam olaraq bilmədiyimiz məxluqlara uyğun gələn bir tərəfi də var.

Mustafa İSLAMOĞLU / Azərbaycan dilinə tərcümə olunan “İslam nədir?” kitabından…

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...