Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məmmədli: “İnternetdə terrorizmi təbliğ edən sözlər bloklana bilər”

Ələsgər Məmmədli: “Zərərli materiallarla mübarizə üçün ümumi sənəd qəbul olunmalıdır”.

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyir ki, proveydərlərin üzərinə öhdəlik kimi qoymadıqca təkbaşına belə materiallarla mübarizə aparmaq mümkün deyil.

Avropa İttifaqının (Aİ) daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopulos dünən Brüsseldə internet şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib ki, terrorizmi təbliğ edən materiallar internetdən mümkün qədər tez çıxarılmalıdır.
Din.az-ın bildirdiyinə görə, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Sputnik Azərbaycan-a deyir ki, internetdə zərərli materialların qarşını almaq üçün filtirizasiya mümkündür:

“Ancaq proveydərlərin üzərinə öhdəlik kimi qoymadıqca təkbaşına belə materiallarla mübarizə aparmaq mümkün deyil. Ümumi sənəd qəbul olunduqdan sonra terrorizmi təbliğ edən sözlər bloklana bilər”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...