Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Mən daqqa, duqqa” – Ərdoğan ABŞ-a ərəbcə səsləndi

“Biz ABŞ-ı hüquqa dəvət edirik.”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sanksiyalar tətbiq edən ABŞ hökumətinə səslənib.

Ərdoğan Trabzondakı çıxışı zamanı Amerikanın polad və alüminiuma sanksiya tətbiq etməsini pisləyib:

“Amerika, bax! Dünya Ticarət Təşkilatı var. Bu təşkilatın daxilində sənin özbaşınalığın ola bilməz. Biz beynəlxalq hüquqa əsasən hərəkət edəcəyik. Hüquq tanımama anlayışı Türkiyədə yoxdur. Biz ABŞ-ı hüquqa dəvət edirik. Biz NATO-da müttəfiq deyilik? Bu ortaqlığı niyə pozursunuz? Sənin adamının günahı, terror təşkilatı ilə əlaqəsi varsa, məhkəmə nə cəza versə, odur. Sən “Xalqbank”ın baş direktor müavinini heç bir günahı olmadan həbs edəcəksən, banka sanksiya tətbiq edəcəksən, sonra? “Siz etdiniz, biz də edirik” demirik. Cinayət törədən cəzasını çəkəcək. Bu günədək Amerika ilə heç vaxt pis olmaq istəmədik. Amma əgər belə gedəcəksə, ərəblərin bir sözü var: “Mən daqqa, duqqa”. Biz də bunu edirik”. (Qafqazinfo)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...