Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Mənə qarşı əməliyyat keçirilsə, hökuməti devirərəm” – Adnan Oktar

Adnan Oktardan 15 iyulla bağlı qalmaqallı sözlər …

Adnan Oktarın başçılıq etdiyi silahlı cinayətkar qrupla bağlı hazırlanan iddianamədə şok bir detal üzə çıxıb. İddianamə çərçivəsində “təsirli peşmanlıq” maddəsindən faydalanmaq istəyən şübhəli B.K. açıqlamalarında A.Oktarın həddini necə aşdığını danışıb.

Din.az Modern.az-a istinadən xəbər verir ki, B.K. təşkilat rəhbəri Adnan Oktarın onlara qarşı təşkil edilə biləcək mümkün əməliyyat barədə “Əgər bizə qarşı əməliyyat qurarlarsa, biz də hökuməti yıxarıq” dediyini etiraf edib. Bundan başqa, Oktarın FETÖ tərəfindən gerçəkləşdirilən 15 iyul qanlı çevriliş cəhdindən sonra “Tayyip Ərdoğanın taleyi mənim əlimdədir” deyərək, təhdidlər səsləndirdiyi də etiraflar sırasındadır.

Şübhəli B.K açıqlamalarında bildirib ki, amerikalı əsgər və xəfiyyələrin iki ay öncə əməliyyatla bağlı xəbərdarlığının ardınca təşkilat içərisində əməliyyat aparılacağı ilə bağlı mövzu çox müzakirə olunub. İddianamədə yer alan ifadəsində şübhəli B.K. bildirib ki, təşkilatın siyasətə cavabdeh olan rəhbəri Aylin Atmaca hər gün A.Oktarın yanına gəlib, onlara qarşı əməliyyat təşkil olunacağı xəbərdarlığını edirdi. Etirafçı B.K. A.Atmacanın Ankarada yaşadığını və 11 iyul 2018-ci ildə A.Oktarın təşkilatına yönəlmiş əməliyyatın xəbərini öncədən təşkilata çatdırdığını etiraf edib.

Şübhəli B.K. ifadəsində bildirib ki, 2018-ci ilin iyun ayında, yəni, əməliyyatdan 1 ay əvvəl bir nəfər gələrək, A.Oktara “Sizə qarşı əməliyyat həyata keçiriləcək, məlumatınız olsun” deyib. A.Oktar da həmin şəxsə “Əgər bizə qarşı əməliyyat hazırlansa, biz də hökuməti devirərik” cavabını verib.

Prezidentlik sisteminin gündəmə gəldiyi vaxtlarda Oktarın hökumət və prezident Rəcəb Tayyib Ərdoğan haqqında təhdidlər yağdırdığını deyən B.K. onun aşağıdakıları dediyini vurğuladı: “Ərdoğan 15 iyul hadisəsini də prezidentlik sistemini Türkiyəyə gətirmək üçün özəl olaraq planlaşdıraraq edib. Ərdoğanın dövlət düşməni olub-olmadığını öyrənmək üçün məndən fətva gözləyirlər. Əslində Ərdoğanın taleyi mənim əlimdə, əgər bizim əleyhimizə bir hərəkət etsə, bunun da mütləq qarşılığı olacaq”.

Şübhəli B.K. ifadəsində əməliyyat keçiriləcəyi məlumatının əldə edilməsinin ardınca rəqəmsal bir təmizlik həyata keçirildiyi, bu təlimatın da təşkilata Didem Ürer tərəfindən verildiyini deyib. Bundan başqa, D.Ürerin koordinasiyasında Serap Akınçıoğlunun texniki məlumatları ilə birlikdə təşkilatdakı bütün rəqəmsal materialların keçmişinə yönəlik təmizliyin Deniz Tarık tərəfindən həyata keçirildiyi və cinayətkar qruplaşma əleyhinə dəlil yarada bilməsi mümkün olan bütün hissələrin silindiyini də bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...