Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mənəvi Dəyərlərin Təbliği Fonduna büdcə vəsaiti ayrılacaq

İlk dəfə olaraq Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayrılacaq.

2019-cu ilin dövlət büdcəsindən ilk dəfə olaraq Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayrılacaq.

Din.az bildirir ki, bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinsə qeyd edilib.

Sənəddə göstərilib ki, ilk dəfə olaraq 2019-cu ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 8 milyon 200 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli sərəncamı ilə yaradılıb. QİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovdur. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...