Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ mövzusunda konfrans keçirilib

“Milli-mənəvi dəyərlərin qorunması sahəsində böyük işlər görülüb”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib.

Din.az xəbər verir ki, konfransda Dövlət Komitəsinin rəhbərliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri, ölkədə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan DQİDK sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı mövzunun əhəmiyyətindən danışıb.

O bildirib ki, konfransda milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan xalqının multikultural və tolerant ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlər müzakirə ediləcək.

Daha sonra isə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun geniş məruzəsi dinlənilib.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov deyib ki, dövlətin ayırdığı maddi dəstəkdən 1000-ə yaxın din xadimi yararlana biləcək.

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...