Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məni İranla savaşa onlar məcbur edir – Trampdan şok

“Hərbçilərimizi Suriyadan çıxarmaq istəyirəm, bəziləri çılğına dönür”.

ABŞ Prezdienti Donald Trampın “Foks Nyus” telekanalına açıqlaması şok effekti yaradıb.

Din.az xəbər verir ki, telekanalın İranla müharibənin olub-olmayacağı sualına cavabda Donald Tramp belə savaşa girmək istəmədiyini, ancaq onu məcbur elədiklərini deyib:

“Bu ölkədə hərbi-sənaye kompleksi var, onlar daim müharibə istəyirlər”.

ABŞ prezidenti sözünə Suriyanı misal gətirib:

“Hərbçilərimizi Suriyadan çıxarmaq istəyirəm, bəziləri çılğına dönür. Bu Vaşinqtonda elə insanlar var ki, heç bir yerdən çıxmaq istəmirlər. Yaxşı, Suriyada bir neçə yüz əsgər saxlayarıq dedim… Amma onlara qalsa, əlavə əsgər göndərərdik”. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...