Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mərakeşdə insanlar yağış duası üçün məscidlərə toplaşdı – FOTOLAR

Bölgənin ən qədimi məscidlərindən olan Məscid əl-Azamda yağmur duası mərasimi keçirilib.

Mərakeş Krallığının paytaxtı Rabat şəhərində 2-ci Həsən məscidində yağış duası edilib. Mərasimə kral ailəsi ilə birlikdə tələbələr də dail çox sayda adam qatılıb.

Din.az xəbər verir ki, Rabatın şimal-qərbində yerləşən Sale şəhərində isə yağmur duası bölgənin ən qədimi məscidlərindən olan Məscid əl-Azamda keçirilib.

Namaz qılındıqdan sonra yağış duası edənlər paltarlarını tərs çevirib geyiniblər.

Kral 6-cı Məhəmmədin yağış duasına çıxmaqla bağlı çağrısından sonra İşlami İşlər və Vəqflər Nazirliyi çərşənbə günü verdiyi açıqlamada ölkədə yaşanan quraqlığın narahatedici olduğu bildirib. Buna görə yağış duasına çağırış edilmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...