Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Mərakeşli nazir Azərbaycana gələcək

Nasser Bourita martın 5-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita martın 5-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Din.az bildirir ki, Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Nasser Bouritanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Mərakeş kökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası keçiriləcək.

Səfər əsnasında Azərbaycan və Mərakeş xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...