Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mərd müsəlman Trampa dua edən Kəbə imamına həddini bildirdi – VİDEO

Məsciddə qalmaqal baş verdi.

“Bu gün Səudiyyə Ərəbistanı və ABŞ dünyanın iki qütbüdür. Allaha həmd olsun, dünyanı birlikdə idarə edirlər”.

Din.az xəbər verir ki, bu sözləri Kəbə imamı Abdurrahman Sudeysi deyib. Əlcəzairli bir müsəlman isə reaksiyası ilə imama həddini bildirib.

Belə ki, İsveçrənin Cenevrə şəhərində məsciddə çıxış edən Kəbə imamı Abdurrahman Sudeysi Səudiyyə Ərəbistanı və Amerikanın dünyanın təhlükəsizliyi və istiqlalı üçün liderlik etdiyini bildirərək Səudiyyə kralı ilə ABŞ prezidenti Donald Tramp üçün dua da edib.

Bu sözlərdən sonra məsciddən çıxar-çıxmaz Sudeysiyə Əlcəzairli müsəlman vətəndaşdan reaksiya gəlib. Mərd müsəlman özünü saxlaya bilməyərək imamın arxasınca qışqırıb və dünyada müsəlmanların başlarına gətirilən zülmləri sadalayaraq bütün yaşananlarda ABŞ-ı bünahlandırıb:

“Yəmən və Qatardakı qardaşlarımızı blokadaya alarkən necə olur indi bizə təhlükəsizlikdən danışırsınız? Əlcəzair, Misir və Türkiyədəki dövlət çevrilişinə cəhdləri necə dəstəkləyirsiniz? Ey sarayın alimləri, siz axirət günündə bu mövqeyinizdən dolayı məsuliyyət daşıyacaqsınız. Bu gün bizə nəsə deməyin, sizə itaət yoxdur. Ey Amerikanın köləsi, biz azadlıq və təhlükəsizliyin nə olduğunu bilirik. Çünki torpaqlarımız azadlıq və təhlükəsizliyin torpaqlarıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...