Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Merkeldən donuz əti açıqlaması

Birilərinin tələbi digərlərinin məhdudiyyətinə çevrilməməlidir…

Almaniyada miqrantlarla birlikdə son zamanlar müzakirə mövzusu olmağa başlayan məktəblərdə donuz əti ilə bağlı Merkel açıqlama verib.

“Din.az” xəbər verir ki, Merkel, miqrantlar tərəfindən “məktəblərdə donuz əti verilməsin” tələbinə, “Bir yandan biz insanların adət-ənənələrinin olduğunu anlayışla qəbul etməliyik, digər tərəfdən bu tələb başqa adətləri olanlar üçün bir məhdudiyyətə çevrilməməlidir” şərhini verib.

Xəbərdarlıq yazısı asıla bilər…

Almanların bugünə qədər vərdiş olduğu müxtəlifliyin qorunmasına diqqət edilməsinin əhəmiyyətinə toxunan Merkel, içərisində donuz əti olan yeməklərə xəbərdarlıq yazısı yazılacağını, bunun qarşılıqlı tolerantlıq yolu ilə həll oluna biləcəyini söyləyib.

“Bəzi insanların vegeterian yemək vərdişləri və ya fərqli yemək seçimləri olduğunu biz də bilirik” deyən Angela Merkel, bugünə qədər bu mövzunun problem olmadığını və bundan sonra da eyni anlayışın davam etməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, Almaniyada son zamanlar miqrantlar körpələr evi və məktəblərdə donuz əti verilməməsi tələbini gündəmə gətirmiş və bu, ictimaiyyət və siyasətçilər arasında müzakirə mövzusu olmuşdur.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...