Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mərziyyə Haşimi: “İnancıma, kimliyimə görə həbs olundum”

Mərziyyə Haşimi 10 günlük istintaq prosesində Vaşinqtonda həbsxanada saxlanılıb.

ABŞ-da aparılan gizli bir federal istintaq çərçivəsində şahid kimi həbs edilən 11 gündən sonra azadlığa buraxılan İranın Press TV kanalının aparıcısı Mərziyyə Haşimi, inancı və kimliyinə görə həbs edildiyini söyləyib.

Din.az bildirir ki, azadlığa çıxdıqdan sonra hadisə ilə bağlı RT-yə müsahibə verən Mərziyyə Haşimi, belə deyib: “Bir kəsi aradan götürməyin onlar üçün nə qədər asan olduğunu gördüm. Məni sadəcə olaraq oğurladılar, onlar nə ad verirlər versinlər, fakt budur ki, məni oğurladılar. Əgər oğlum orada olmasaydı, mənim harada və necə olmağımdan heç kəsin xəbəri olmazdı. Maraqlıdır bu daha neçə adamın başına gəlib?”

“Heç bir ittiham irəli sürülmədən həbs etməyin nə qədər ağılagəlməz bir şey ola biləcəyini hiss elədim”, – deyən Mərziyyə Haşimi, dəstəkçilərinə bu cür hərəkətlərə son qoyulması üçün hərəkətə keçməli olduqları barədə mesaj verib.

Mərziyyə Haşiminin yaşadıqları ABŞ və Tehrandakı BMT iqamətgahları qarşısında etirazlara səbəb olub və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın rəsmi nümayəndələrini irqçilikdə ittiham edib.

Şahid kimi, həbs edilməsinə ehtiyac olmadığını, prokurorluğun onu məhkəməyə cəlb olunmaqla bağlı dəvət göndərməsi təqdirdə buna riayət edəcəyini bildirən Mərziyyə Haşimi, inancına və kimliyi ilə əlaqədar həbs olunduğunu deyib.

Mərziyyə Haşimi həbs prosesində yaşadıqlarına dair təfərrüatı isə AP-yə verdiyi müsahibəsində bildirib.

Yanvarın 13-də “Black Lives Matter” (Qaraların həyatları da dəyərlidir) hərəkatı ilə bağlı sənədli filmin çəkilişləri üçün getdiyi Missuri ştatının Sent Luis şəhərində hava limanında gözləyərkən adının səsləndirildiyini eşitdiyini qeyd edən Mərziyyə Haşimi, uçuşdan əvvəl ətraflı axtarış üçün çağırıldığını öyrəndiyini və axtarış aparılacaq bölməyə gələndə 2 FTB agenti tərəfindən saxlanıldığını bildirib.

Agentlərin ona federal istintaq çərçivəsində həbsdə olduğunu söylədiyini bildirən Mərziyyə Haşimi, gecə Sent Luisdə bir hoteldə qaldığını, səhəri günü təyyarə ilə Vaşinqtona aparıldığını deyib.

Mərziyyə Haşimi Vaşinqtondakı FTB mərkəzində zorla barmaq izinin alındığını, DNT nümunəsi verməyə məcbur edildiyini və ertəsi gün çıxarıldığı məhkəmədə şahid kimi həbs edildiyini öyrəndiyini qeyd edib.

Prokurorların, hakimə uçuş riski yaranması səbəbilə həbs tədbiri aldıqlarını dediklərini söyləyən Mərziyyə Haşimi, belə davam edib: “Onlara heç bir cinayət işləmədiyimi və heç kimdən də qaçmadığmı dedim. Uçuş riski təşkil etdiyimə dair əlinizdə heç bir dəlil yoxdur dedim”.

Mərziyyə Haşimi 10 günlük istintaq prosesində Vaşinqtonda bir həbsxanada saxlanıldığını, burada həbsxana paltarı geyməyə məcbur edildiyini və dini inanclarına zidd olaraq hicabının zorla çıxarıldığını bildirib.

O, həmçinin həbsxanada olduğu müddətdə İslam inancının tələbi olan pəhriz qaydalarına uyğun yeməklər verilmədiyini vurğulayıb.

Həbs müddətində 4 dəfə məhkəmədə ifadə verdiyini, 3 dəfə də məhkəmə andlıları qarşısında prokurorlar tərəfindən sorğu-sual olunduğunu qeyd edən Mərziyyə Haşimi, istintaqın terrorizm cinayətlərilə əlaqəsi olmadığını, ona verilən sualların çalışdığı qurumdakı işi və İranda yaşaması ilə bağlı olduğunu bildirib.

Cinayət işinin məxfiliyi səbəbindən daha çox məlumat verməyən Mərziyyə Haşimi, belə davam edib: “Amerika yenidən böyük edək şüarı əslində nə məna kəsb etdiyini bilmirəm, amma görünən budur ki, hər gün daha çox insan hüququnun pozulmasına yol açır. Belə bir Amerika necə böyük ola bilər bilmirəm”. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...